Məşhur aktrisa “Komedixana”dan gedir?

“Komedixana”nın məşhur aktrisası Zarina Qurbanova yeni mövsüm planlarından danışıb.

Musavat.com-a açıqlama verən aktrisa bildirib ki, hazırda istirahət edir. O, növbəti aydan yeni layihələri barədə qərar verəcək:

“Ötən mövsüm çox yoruldum. Filmdə rol aldım, “Komedixana”da çəkildim. ARB-də veriliş apardım. Universitet də oxuyuram. Hələ ki, dincəlirəm. Heç bir layihəmdən ayrılmamışam. Amma harada davam edəcəyimə də qərar verməmişəm”.

Könül
Musavat.com

12.08.2025 13:20
8000