Məşhur aktyoru güllələyib öldürdülər - ŞOK SƏBƏB/FOTO

Amerikalı aktyor Conatan Coss Texas ştatının San Antonio şəhərində silahlı insident nəticəsində həyatını itirib.

Musavat.com ABC News-a istinadən xəbər verir ki, hadisənin qonşusu Siqfredo Alvarez-Seqa ilə yaranan münaqişə fonunda baş verdiyi bildirilir.

Şübhəli şəxs hadisədən sonra ərazidən uzaqlaşıb.

Məlumata görə, Conatan Coss 59 yaşında idi.

Musavat.com

03.06.2025 14:27
1234