Məşhur blogerləri çəkiliş zamanı maşın vurdu - ANBAAN VİDEO

ABŞ-nin Texas ştatının Hyuston şəhərində fəaliyyət göstərən restoranlardan birində xoşagəlməz hadisə yaşanıb.

Musavat.com xəbər verir ki, "Foodblogger"lər Nina Santiago və Patrick Blackwood çəkiliş apardıqları zaman qəfil avtomobil qəzası ilə üz-üzə qalıblar.

Restoranın qarşısında hərəkətdə olan sürücü idarəetməni itirərək avtomobili birbaşa pəncərədən içəri sürüb. Nəticədə şüşələr sınaraq salona dağılıb.

Maşının vurduğu bloqerlər yüngül xəsarət alıblar. 

Hadisənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb və qısa müddətdə milyonlarla baxış toplayaraq geniş müzakirələrə səbəb olub.

Musavat.com

19.08.2025 16:49
1498