Məşhur cütlüyün övladı oldu

Məşhur türkiyəli aktrisa Meriç Aral, "Medcezir" serialında canlandırdığı Hande obrazı ilə tamaşaçıların yaddaşına həkk olunmuşdu.

Aral, ötən ilin sentyabr ayında 5 illik sevgilisi və həmkarı Serkan Keskin ilə ailə həyatı qurub.

Cütlüyün oğlan övladı dünyaya gəlib. Onlar körpəyə Günəş adını verib.

04.09.2025 00:42
668