Mirzoyan Fransaya GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 9-10 iyun tarixlərində Fransanın Nitsa şəhərinə işgüzar səfər edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Mirzoyan Fransanın Xarici İşlər Nazirinin dəvəti ilə BMT-nin Okean üzrə 3-cü Konfransında iştirak edəcək.

Səfər çərçivəsində ikitərəfli görüşlər də keçiriləcək.

08.06.2025 20:23
472