Mişustin Azərbaycanla bağlı sərəncam İMZALADI

Rusiyanın baş naziri Mixail Mişustin Rusiya ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində danışıqların aparılmasına dair sərəncam imzalayıb.

Musavat.com xəbər verir ki, sərəncamda deyilir:

“Rusiya Xarici İşlər Nazirliyi ilə razılaşdırılmış şəkildə, Rusiya ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirlikləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması üzrə danışıqlar aparılması təklifi qəbul edilsin”.

İqbal RZAYEV,
Musavat.com

03.10.2025 15:13
25802