Naxçıvanda 5 yaşlı uşaq eyvandan yıxıldı

Naxçıvan şəhərində 5 yaşlı uşaq eyvandan yıxılıb.

Hadisə şəhərin 3-cü mikrorayon ərazisində baş verib.

Beşmərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 2020-ci il təvəllüdlü Rzayeva Xədicə Heydər qızı ehtiyatsızlıqdan eyvandan yıxılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən qızın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//Report

17.09.2025 14:39
317