Nəfəs kirayədə qalırmış - VİDEO

Müğənni Nəfəsin kirayədə qaldığı məlum olub.

İfaçı bildirib ki, yeni ev alsa da, təmir etdirmədiyi üçün kirayədə yaşayır:

"Məndən də bahalı maşın sürənlər var. Niyə mənim sürdüyüm maşın, kirayədə qalmağım müzakirə olunur? Bəli, bir neçə aydır kirayədə qalıram. Çünki ev almışam, sadəcə təmir etdirmək lazımdır.

Haradasa 8-9 aydır ki, ev almışam. Qiymət demək istəmirəm. Maşınım "Mercedes" markalıdır, onun da qiymətini demirəm. Sadəcə 200 min manatdan çox deyil". (Bizim.Media)

18.04.2025 03:51
1143