Nəsimidə oğurluq edən şəxs saxlanıldı

Nəsimi rayonu ərazisində evdən 1700 manat, 85000 rubl pul vəsaiti və 500 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb.

Bu barədə Musavat.com-a DİN-dən məlumat verilib.

Bildirilib ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Fərəcov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

22.04.2025 15:45
344