Nicat niyə Azərlə bağlı klipdə rol almayıb?

Dostları mərhum aktyor Azər Baxşəliyevin ad günü münasibəti ilə "Sınıq pəncərə" adlı mahnı yazdırıb klip çəkdirsə də, klipdə aktyor Nicat Rəhimov yer almayıb.

Musavat.com xəbər verir ki, ekran işində onun dostları İlkin Həsəni və Elşən Orucov yer alıb.

Azərin dostu Nicatın klipdə olmaması isə müzakirələrə səbəb olub.

N.Rəhimovun həyat yoldaşı Ülviyyə Rəhimova bununla bağlı suallara cavab verib. O, Azərin ailəsi ilə münasibətlərinin olmamasını şayiə adlandırıb:

"Bizə dünəndən çoxlu sual gəlir ki, nə əcəb Azərə həsr olunmuş klipdə yox idiniz? Kiminləsə aranız dəyib? Klipdə gördüyünüz heç bir dostumuzla aramız dəyməyib. Sadəcə müəyyən səbəblərdən insan haralardasa iştirak etməyə bilər. Və inanın Azər, onun gözəl ailəsinə olan səmimi sevgimiz, hörmətimiz, mehribançılığımız belə şeylərlə ölçülmür. Həyatın pərdəarxası da var. Dostlarımız həqiqətən çox gözəl iş görüblər. Gəlin, belə şeylərə baxaq. Təki Azikin ruhu şad olsun".

Qeyd edək ki, Azər və Nicat "Bozbash Pictures"də rol alıb və "Xəzər TV"də veriliş aparıb.

Könül
Musavat.com

04.07.2025 12:39
460