Novxanı çimərliyində iki nəfər boğulub öldü

Bakının Novxanı çimərliyində iki nəfər boğulub.

Hadisə paytaxtın Binəqədi rayonu, Novxanı-Pirşağı yolunun kənarında yerləşən Novxanı ictimai çimərliyində baş verib.

Rəvan Şahin oğlu Əliyev və Əli Elşən oğlu Cabbarov boğularaq ölüblər.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

28.07.2025 12:45
346