Novxanıda yol qəzası: Maşınlar toqquşdu, yaralı var - FOTOLAR

Novxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, qəza bu gün səhər saatlarında qeydə alınıb.

İlkin məlumatlara görə, iki minik avtomobili toqquşub. Toqquşma nəticəsində 1 nəfər yaralanıb, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə dərhal yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Şahanə Rəhimli
Musavat.com

25.07.2025 09:41
596