"O, həyatı boyu siqaret belə çəkməyib"

Məşhur müğənni Ziynet Salinin polis tərəfindən saxlanılması ilə bağlı yayılan xəbərlərə vəkili Cemil Cem Eribol münasibət bildirib.

Musavat.com-un xəbərinə görə, müğənninin vəkil bildirib ki, Sali ifadə verməyə dəvət olunub, lakin hazırda xaricdə olduğu üçün qayıtdıqdan sonra ifadə verəcək.

O qeyd edib ki, müğənni həyatı boyu siqaret belə çəkməyib və aparılan istintaqla heç bir əlaqəsi yoxdur.  

Qeyd edək ki, İstanbulda narkotik istifadəsini təşviq etmək ittihamı ilə başladılan əməliyyat çərçivəsində İrem Derici ilə yanaşı, Birce Akalay, Simge Sağın, Berrak Tüzünataç, Ceren Moray Orcan, Demet Evgar Babataş, Deren Talu, Derin Talu, Dilan Polat, Engin Polat, Duygu Özaslan Mutaf, Feyza Altun, Hadise Açıkgöz, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Metin Akdülger, Özge Özpirinçci, Zeynep Meriç Aral Keskin, Ziynet Sali saxlanılıb.
 
Könül
Musavat.com 
08.10.2025 19:58
1212