Olimpiya Stadionunun yaxınlığında qəza - Sıxlıq yarandı

Sabunçu rayonu, Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Musavat.com-a verilənə xəbərə görə, qəza səbəbindən hava limanı istiqamətində sıxlıq yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

22.09.2025 19:58
394