Onlar 9 gündür itkindir- Hər gün ümid azalır...

Xəbər verdiyimiz kimi Bakının Maştağa qəsəbəsində iki qız 9 gündür itkin düşüb. Bu günə qədər onlardan heç bir məlumat yoxdur.

Musavat.com xəbər verir ki, 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı aprelin 16-dan itkindir.

Onlar birlikdə Maştağa qəsəbəsindən çıxıb və bir daha geri dönməyiblər. Onlar dayıqızı-bibiqızı olublar.

Hazırda polis əməkdaşları onların axtarışını davam etdirir. Lakin harada olmaları barədə hələki informasiya əldə etmək mümkün olmayıb.

Qızların harada olmaları ilə bağlı ehtimal belə yoxdur.

Azyaşlıların valideynləri Musavat.com-a qızların evdən getmə səbəbləri barədə bəzi detalları açıqlamışdılar.

Həmin məlumatlarla aşağıdakı linklərdən tanış ola bilərsiniz.

Aygünün atasının açıqlaması.

Reyhanın anasının müsahibəsi.

 

İlkin Muradov
Muavat.com

25.04.2025 16:00
819