Orban Azərbaycana gəlir

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.

Musavat.com xəbər verir ki, Orban oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının Sammitində iştirak edəcək.

Sammit çərçivəsində türkdilli ölkələrin liderləri siyasi, iqtisadi və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Orbanın iştirakı isə Avropa İttifaqına üzv bir ölkənin TDT platformasında təmsil olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ekspertlərin fikrincə, Macarıstanın bu formatda iştirakı Avropa ilə Türk dünyası arasında körpü rolunu daha da gücləndirəcək.

Musavat.com

06.10.2025 11:41
734