Ötən gün Binədə qətlə yetirilən şəxsin FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyev qətlə yetirilib.

Musavat.com "Unikal"a istinadla xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Maksim Əhmədov saxlanılıb.

Bildirilir ki, qətlə yetirilən Səlim Binə qəsəbəsində əmlak alqı-satqısı üzrə vasitəçi (makler) kimi fəaliyyət göstərib.

47 yaşlı Maksim isə taksi sürücüsü olub. İlkin məlumata görə, tərəflər arasında mübahisəyə səbəb avtomobillə bir-birlərinə yol verməmək üstündə olub.

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir.

26.04.2025 14:05
1171