Tanınmış müğənni Şöhrət Məmmədov yaradıcılığı və şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Tanınmış müğənni "Künc-Bucaq" "YouTube" kanalına verdiyi müsahibəsində yeni layihələrindən də danışıb.
Onun sözlərinə görə, artıq iki film ssenarisi yazıb və doğru qiymətləndirilsə, ekran işinə çevriləcək.
Sənətçi əməkdaşlıqda ən çox diqqət etdiyi məqamları isə belə sadalayıb: “İşdə subardinasiya, münasibətdən sui-istifadə və işə məsuliyyətsiz yanaşma – bunlar mənim üçün yolverilməzdir”.
O daha sonra onu məşhur edən ifasında danışıb. Müğənni bildirib ki, “Ay Ömrüm” mahnısını yazarkən məşhur olacağına əvvəlcədən inanıb.
“O mahnını yazanda məşhur olacağıma əmin idim”,-deyə Şöhrət Məmmədov bildirib.
Şöhrət Məmmədov şou-biznesdə səhnəyə çıxan bəzi ifaçılara münasibətini də gizlətməyib: “Çox təhükəli mövzudur, bunun haqqında çıxış etmək çətindir. Deyək ki, mən bir övlad sahibi olacam. Mənim övladım hansısa tərbiyəsiz qadına baxıb pozulacağına, Üzeyir Mehdizadəyə baxıb ibadət etsin. Valideyn faktoru da çox önəmlidir”.
Onun sözlərinə görə, bu cameədə dostluq anlayışı çox dar çərçivədədir: “Keşmişdə hərbçi olduğum üçü general və polkovnik dostlarım var. Onlarla əlaqələrimiz çox yaxşıdır. Şou-biznes cameəsində isə barmaqla sayılacaq dostum var”.
Müğənni əlavə edib ki, sənətdə sərhəd tanımır, lakin şəxsi həyatında qəti prinsiplərə malikdir: “Sənətdə qırmızı cizgilərim yoxdur, şəxsi həyatımda isə kifayət qədərdir”.