Özünü asıb öldürmək istədi - Kəndir qırıldı

Mingəçevirdə qadın intihara cəhd edib.

Hadisə Günəşli bağlar yaşayış massivi ərazisindəki evdə baş verib. Belə ki, özünü asaraq öldürmək istəyən 1994-cü il təvəllüdlü Hüseynova Aygün Əhməd qızı kəndirin qırılması nəticəsində sağ qalıb. Təcili xəstəxanaya çatdırılan qadının durumu tibbi müdaxilə nəticəsində stabilləşib. İntihara cəhdin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır./unikal

25.04.2025 17:46
600