Pakistanın şimal-qərbində humanitar yardım aparan helikopter qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, bu barədə Xeyber-Paxtunxva əyalətinin başçısı Əli Əmin Qandapur məlumat verib.
Onun sözlərinə görə, helikopterdə olan 5 ekipaj üzvünün hamısı həlak olub.
Helikopter seldən zərər çəkmiş bölgəyə doğru gedirmiş. Qəzaya əlverişsiz hava şəraiti səbəb olub.
Musavat.com