Pezeşkian: Müharibə istəmirik, amma hər hücuma cavab verəcəyik

İran prezidenti Məsud Pezeşkian Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Tehranla Təl-Əviv arasında artan gərginliklə bağlı mövqeyini açıqlayıb.

Musavat.com xəbər verir ki, İran lideri ölkəsinin münaqişənin daha da genişlənməsində maraqlı olmadığını, lakin istənilən hücuma sərt cavab veriləcəyini bəyan edib.

“Biz bölgədə müharibənin böyüməsini istəmirik. Amma İrana qarşı edilən istənilən hücuma cavab verəcəyik,” – deyə Pezeşkian bildirib.

Telefon danışığı zamanı tərəflər həmçinin regionda sabitliyin qorunmasının vacibliyini vurğulayıblar. Türkiyə tərəfi də münaqişənin sülh yolu ilə həllinə çalışdığını və vasitəçilik etməyə hazır olduğunu bir daha bəyan edib.

Ekspertlərə görə, İran prezidentinin bu bəyanatı hərbi ritorikadan diplomatik manevrə keçidin siqnalı ola bilər.

Musavat.com

16.06.2025 19:02
412