Pezeşkiyan BMT tribunasından AÇIQLADI: “İran nüvə silahı əldə etmək istəməyib və...”

BMT Baş Assambleyasında çıxış edən İran prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran nüvə silahına sahib olmaq niyyətində olmayıb və gələcəkdə də belə bir planı yoxdur.

Musavat.com xəbər verir ki, dövlət başçısı çıxışında vurğulayıb: “İran hər zaman kütləvi qırğın silahlarından azad Yaxın Şərqin tərəfdarı olub”.

Prezident həmçinin Rusiya–Ukrayna müharibəsinə toxunaraq, münaqişənin ədalətli və davamlı razılaşma ilə bitəcəyinə ümid etdiyini söyləyib. O, əlavə edib ki, İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir və regionun gələcəyinin əməkdaşlıq, qarşılıqlı etimad və inkişaf üzərində qurulmalı olduğuna inanır.

Pezeşkian çıxışında Səudiyyə Ərəbistanı ilə Pakistan arasında müdafiə ittifaqını da alqışladığını bildirib.

Musavat.com

24.09.2025 20:57
575