Polşada prezident seçkiləri: Tşaskovski cəmi 0,6% fərqlə qalib gəldi — exit-poll

Polşada keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrinə əsasən, Varşava meri Rafel Tşaskovski cüzi üstünlüklə qalib gəlib.

Musavat.com xəbər verir ki, IPSOS-un dərc etdiyi exit-poll nəticələrinə görə, Tşaskovski səslərin 50,3 faizini toplayaraq, əsas rəqibi Karol Navrotskini (49,7%) qabaqlayıb. Yalnız 0,6 faiz fərqlə qeydə alınan bu nəticə seçkilərin son dərəcə gərgin keçdiyini göstərir.

Məlumatı “Wyborcza” nəşri yayıb. Rəsmi nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir. 

 

Musavat.com

01.06.2025 23:32
646