Prezident: Bu gün Azərbaycan sabit iqtisadi sistemə malikdir

Bu gün Azərbaycan sabit iqtisadi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir.

Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 30-cu "Caspian Oil and Gas", 13-cü "Caspian Power" və 30-cu "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışında deyib.

Azərbaycan genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlətimizin başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb.

02.06.2025 10:29
399