Putin AÇIQLADI - Rusiya AZAL təyyarəsinə görə TƏZMİNAT ÖDƏYƏCƏK

Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məmurların hərəkətlərinə hüquqi qiymət verəcək.

Musavat.сom xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib. 

Putin həmçinin qeyd edib ki, Rusiya bu faciəli hadisə ilə əlaqədar zərərçəkənlərə kompensasiya ödənilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi üçün bütün lazımi addımları atacaq.

Musavat.com

 

09.10.2025 15:52
1349