Düşənbədə keçirilən görüş zamanı Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq AZAL təyyarəsinin qəzaya uğramasında Rusiyanın məsuliyyətini etiraf edib.
Musavat.com xəbər verir ki, Kremlin məlumatına görə, Putin Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində bildirib ki, “bu faciəyə görə Rusiya məsuliyyət daşıyır, zərərçəkmiş ailələrə kompensasiya ödəniləcək və günahkar şəxslər cəzalandırılacaq”.
Rusiya lideri həmçinin əlavə edib ki, hadisəyə tam nöqtə qoymaq üçün bir qədər zaman lazımdır.
“Məni hadisənin səbəbləri barədə iki gün əvvəl məlumatlandırıblar. İndi əsas məsələ – araşdırmanın tam obyektiv aparılması və nəticələrin ədalətli qiymətləndirilməsidir”, – deyə Putin vurğulayıb.
Xatırladaq ki, bu, 10 ay davam edən susqunluqdan sonra Putinin məsuliyyəti açıq şəkildə qəbul etdiyi ilk açıqlamadır.
Musavat.com