“Bu gün bütün dünyada matriarxatlıq hökm sürür. Mən bunun əleyhinəyəm, qadınların yox. Dövlətçiliyi dağıtmaq üçün birinci ailə institutuna zərbə vurmaq lazım gəlir. Bunu da əxlaqsızlıq vasitəsilə edirlər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında müğənni Akif İslamzadə bildirib.
O, kişi müəllimlərə məktəbdə nə qədər ehtiyac olduğunu belə ifadə edib:
“Bağça və ibtidai sinifdə əksər müəllimlərimiz qadın olub. Bu ayrı məsələdir. Ancaq orta məktəb dövründə kişi müəllimlərinə böyük ehtiyac var. Evdə də eynilə, nə vaxt ki, qadın və kişi çiyin-çiyinə yoldaşlıq edirsə, o evdə harmoniya var. Elə ki qadın evdə “komandir” oldu, vəssalam. O evdən xeyir-bərəkət gedir, bütün mütənasiblik pozulur. İstisnalar var, tarixdə də görmüşük. Ancaq biz çoxluqdan danışırıq”.
O vurğulayıb ki, kişi müəllimlərin məktəbə qayıtması üçün təhsil sistemi kökündən dəyişilməlidir:
“Onların məktəbdən uzaq düşməsinin səbəbləri var. Səbəbsiz heç nə olmur. Yadınızda saxlayın. Təsadüf deyə bir şey yoxdur. Elə bir şey olsaydı, təkcə Yer kürəsi yox, kainatın düzəni çoxdan pozulardı”.