"Qadın kişisiz yaşaya bilməz? Gərək kişi olsun? Ailə başqa şeydir".
Bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Elgizlə izlə" verilişində deyib. Qarmon ifaçısı qadınların ailə qurması haqda söhbətə etiraz edib. O bildirib ki, hər qadın ərə getmək məcburiyyətində deyil:
"Allah adama hər şeyi verməz. Nəsə kəsik olmalıdır. Baxırsan gözəl ailə var, övlad yoxdur. Ya da xoşbəxtsən, amma canın ağrıyır". (Axşam.az)