Xəbər veriyimiz kimi, Türkiyə Super Liqasının 36-cı turunda "Kayserispor"u 3:0 hesabı ilə məğlub edən "Qalatasaray" mövsümün bitməsinə iki tur qalmış 25-ci çempionluğunu rəsmən elan edib.
Musavat.com xəbər verir ki, sarı-qırmızılılar bununla loqosuna 5-ci ulduzu taxan ilk Türk klubu kimi tarixə düşüb.
Sarı-qırmızılıların bu qələbəsi Bakıda da coşğu ilə qarşılanıb.
Əməkdaşımız Məhəmməd Türkmənin verdiyi məlumata görə, klubun azərbaycanlı azarkeşləri Bakı bulvarında bu qələbəni qeyd ediblər.
Musavat.com həmin möhtəşəm anların kadrlarını təqdim edir.