Aktyor Azər Aydəmir son dövrlərdə baş vermiş qəzalarla bağlı maraqlı fikirlər səsləndirib.
Musavat.com xəbər verir ki, aktyor bu haqda qonaq olduğu podkastların birində danışıb:
“Mən də illərlə taksi istifadəçisi olmuşam. Hazırda öz avtomobilim var. Müşahidələrim göstərir ki, qanlı qəzalar ya məmur balalarının avtomobili ilə olub, insanları bədbəxt ediblər. Son 10 ildə isə ən qanlı qəzaları taksi sürücüləri törədib. Çünki hər ikisi də o maşına pul verməyib. Qəza törədən məmur balasının vecinə deyil o maşın. Taksi sürücüləri isə günü 20 manata icarəyə götürür. O da düşünür ki, niyə başqasının avtomobilinin sürürəm, mənim avtomobilim yoxdur. O hirslə qaza basır və qəza törədir”.
Könül
Musavat.com