Gürcüstanın Xaşuri şəhəri yaxınlığında sərnişin qatarında yanğın baş verib.
Musavat.com “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolu məlumat yayıb.
Bildirilib ki, qatardan bütün sərnişinlər təxliyə edilib:
"Bütün sərnişinlər dərhal təxliyə edilib. Hazırda Gürcüstan Dəmir Yolu sərnişinləri alternativ nəqliyyat vasitələri ilə daşımağa davam edir, eyni zamanda tüstülənmənin səbəbləri araşdırılır. Bütün sərnişinlərin bilet xərcləri tamamilə geri ödəniləcək".
Musavat.com