Qazaxlar milyarder müğənni Emin Ağalarovun yeni layihəsinə qarşı çıxıblar

Rusiyalı müğənni Emin Ağalarov Qazaxıstanın Manqistau vilayətində dünya səviyyəli kurort tikmək niyyətindədir.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki , ancaq onun təşəbbüsü ictimaiyyətin mənfi reaksiyasına səbəb olub: sosial şəbəkə istifadəçiləri və yerli sakinlər regionun unikal təbii landşaftının və mədəni irsinin taleyindən qorxurlar.

İyunun 2-də “Agalarov Development” şirkətinin prezidenti, azərbaycanlı milyarder Araz Ağalarovun oğlu Emin Ağalarov Bozzhyra traktına baş çəkib. O, İnstaqram səhifəsində mənzərəyə heyran olduğunu bildirib və yazıb: "Bu, tarix, enerji və ən təmiz formada kinodur. Biz ilham alırıq. Çalışırıq. Tezliklə nümayiş etdirəcəyik".

Daha sonra sənətçi bu ərazini yeni layihə üçün mümkün məkan kimi öyrəndiyini təsdiqləyib.

Musavat.com

 

05.06.2025 14:35
19948