Qərbi Azərbaycan İcmasının gələcək fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Son günlər mətbuatda Bakı ilə İrəvan arasında sülh sazişi imzalanmazdan əvvəl Qərbi Azərbaycanla bağlı qurumların, o cümlədən Qərbi Azərbaycan İcmasının buraxılacağı və bu istiqamətdə hazırlıq işlərinin aparıldığı barədə xəbərlər yayılıb.

Musavat.com xəbər verir ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli açıqlamasında bu məlumatları təkzib edib.

“Bu, tamamilə saxta xəbərdir. Bu kimi məlumatlar Ermənistandan qaynaqlanır. Qərbi Azərbaycan İcması bu mövzu ilə bağlı bəyanatla çıxış edəcək”,-deyə Əziz Ələkbərli bildirib. 

Musavat.com

CROSSMEDIA - Əziz Ələkbərli: "Qərbi Azərbaycan həqiqətlərini əks etdirən  materiallar dərsliklərə daxil edilməlidir"

15.08.2025 12:16
1136