Qətər ABŞ və Venesuela arasında münasibətlərdə vasitəçilik etmək istəyir. Musavat.com xəbər verir ki, məlumatı The New York Times mənbələrə istinadən yayıb.
Bildirilir ki, Venesuela hakimiyyəti Qətərin səylərini dəstəkləyir, lakin ABŞ administrasiyası diplomatiyadan daha çox hərbi vasitələrlə maraqlanır. ABŞ-ın yüksək rütbəli hərbi rəsmisinin sözlərinə görə, Pentaqon Karib hövzəsi regionuna 10 min hərbçi yerləşdirib. Onların əksəriyyəti Puerto Rikodakı bazalarda yerləşdirilib. Bununla belə, Doha Vaşinqton və Karakas arasında əlaqə kanallarını açıq saxlamağa çalışır.
Qəzet qeyd edir ki, ABŞ və Venesuela arasında gərginliyin artması Dohanın vasitəçi kimi çıxış etdiyi 12 sahədən birinə çevrilib.
Bundan əvvəl “The New York Times” ABŞ prezidenti Donald Trampın administrasiyasına Venesuela ilə gərginliyin diplomatik yolla həllinə nail olmaq üçün bütün cəhdləri dayandırmağı əmr etdiyini yazıb. Qəzetin yazdığına görə, dövlət katibi Marko Rubionun başçılıq etdiyi nüfuzlu Tramp tərəfdarları son zamanlar Venesuelada Nikolas Maduronu hərbi təzyiqlərin artırılması yolu ilə devirmək üçün səylərini artırıblar.
Musavat.com