Qəzza zolağında öldürülən jurnalistlərin sayı 227-yə çatıb

2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında İsrail tərəfindən öldürülən jurnalistlərin sayı 227-yə çatıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat yayıb.
Kanalın informasiyasına əsasən, fotojurnalist Məhəmməd Əbu Əl-Auf İsrailin Qəzza şəhərinə endirdiyi zərbə nəticəsində həlak olub və onunla birlikdə üç tibb işçisi də dünyasını dəyişib. Mərhum fotojurnalist Fələstin anklavında bir neçə media orqanında çalışıb.

Qəzza hökumətinin mətbuat xidməti "İsrail işğalçı hakimiyyət orqanları tərəfindən fələstinli jurnalistlərin sistematik şəkildə hədəfə alınmasını və öldürülməsini ən kəskin şəkildə pisləyir", deyə məlumatda yer alıb.

Musavat.com

10.06.2025 15:37
247