Qəzzada son sutkada 108 fələstinli ölüb, 398 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.