Qırmızı Xaç 2025-ci ilin sentyabrında Azərbaycandan çıxacaq — bu, hökumətin qərarıdır

Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ölkəni tərk etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə təşkilatın rəsmi nümayəndəsi Aşil Depre RİA Novosti-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, BQXK 2025-ci ilin sentyabr ayında Azərbaycandakı fəaliyyətini başa çatdıracaq. Bu qərar Azərbaycan hökumətinə məxsusdur.

"Biz beynəlxalq humanitar hüquq çərçivəsində müdafiə olunan şəxslərin maraqları naminə Azərbaycandakı fəaliyyətimizin gələcəyi ilə bağlı hökumətlə dialoq aparırıq", – deyə Aşil Depre bildirib.

O qeyd edib ki, danışıqlar hələ davam edir və məxfilik prinsipinə hörmət olaraq bu mövzu ilə bağlı əlavə açıqlama verilməyəcək. 

 

Musavat.com

06.08.2025 23:10
361