Qızılı olanlara ŞAD XƏBƏR - Qiymət REKORD VURDU

Qızıl qiymətində yeni rekord qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 02:33-ə olan məlumata əsasən, qızılın bir unsiyasının qiyməti 3209,7 dollar (+2,17%) olaraq ticarət olunub.

Bir neçə dəqiqə sonra isə qiymət 3212 dollara (+2,24%) yüksəlib. Analitiklər bu artımın əsas səbəbi kimi Amerika Birləşmiş Ştatlarının 185 ölkə ilə ticarət müharibəsini və qiymətli metalın təhlükəsiz aktiv kimi daha çox tələb görməsini göstərirlər.

Musavat.com

11.04.2025 11:13
4009