Qusman yeni vəzifəyə təyin olunması ilə bağlı məlumatı təkzib etdi

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun keçmiş birinci müavini Mixail Qusman yeni vəzifəyə təyin olunması ilə bağlı bir sıra KİV-də yayılan məlumatları təkzib edib.

Oxu.Az-a açıqlamasında o bildirib ki, Sankt-Peterburq (RF) qubernatoru Aleksandr Beqlovun mətbuat katibi vəzifəsinə təyin olunması ilə bağlı məlumatlar həqiqətəuyğun deyil.

"Bunlar hamısı saxtadır", - deyə Qusman telefon danışığı zamanı qeyd edib.

Xatırladaq ki, Mixail Qusman bu gün Bakıda Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində iştirak edib.

04.08.2025 17:59
1049