Rəşad Əzizov YÜKSƏK VƏZİFƏYƏ təyin olundu

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə baş direktor təyin olunub.

Musavat.com-un məlumatına görə, bu vəzifəyə mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov təyinat alıb. 

Rəşad  Əzizov 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr və magistr, 2003-cü ildən isə Sankt Peterburq Dövlət Universitetndə aspirantura və doktorantura pillələri bititrib. 2017-ci ildə “İnternet şəbəkəsində hüquqi tənzimləmə: müqayisəli və tarixi-hüquqi tətqiqat” mövzusuda elmi işi müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsini alıb. 
2022-23-cü illərdə - Milan Politexnik Universitetində - Dövlət qulluğunda süni zəkanın istifadəsi üzrə magistr dərəcəsi alıb. 

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

R.Əzizov son təyinatadək Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb.

30.04.2025 13:25
1539