Rəsmi Bakıdan Suriyada baş verənlərə REAKSİYA

Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail-Suriya qarşıdurmasına münasibət bildirərkən deyib.

"Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik. Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir", - XİN rəsmisi əlavə edib.

18.07.2025 15:54
832