Bu gün səhər saatlarında Rusiya qüvvələri Çerniqov vilayətində yerləşən sənaye obyektini raket atəşinə tutub.
Musavat.com xəbər verir ki, hücum nəticəsində müəssisə ərazisində genişmiqyaslı yanğın baş verib.
Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, alov 6800 m² sahədə lokallaşdırılıb və bir neçə saatlıq müdaxilədən sonra tamamilə söndürülüb.
Hadisə nəticəsində dəyən zərərin həcmi və mümkün tələfatla bağlı araşdırma aparılır.
Musavat.com