Rusiya Ermənistana qoşun yığır - 102-ci hərbi baza...

Son günlərdə Rusiyanın Ermənistandakı 102 saylı hərbi hissəsinə canlı qüvvə və silah-sursat yığdığı yönündə xəbərlər yayılıb. Bu da Azərbaycan tərəfdə bir sıra müzakirələrə səbəb olub, müəyyən dərəcədə narahatlıqlar yaratmağa başlayıb.

Musavat.com-un xəbərinə görə, politoloq Çingiz Şahbazi sosial media hesabında qeyd edib ki, Rusiyanın bu addımı Azərbaycana qarşı deyil:

WhatsApp Image 2025-07-31 at 16.21.33 (1).jpeg (36 KB)

“Baxmayaraq ki, bunu Azərbaycana bağlamaq təşəbbüsündə olan siyasi ekspertlər həm Rusiyada, həm də Ermənistanda var. Doğrudur, Rusiya çalışır ki, Azərbaycan və Ermənistan arasında müvəffəqiyyətlə davam edən sülh danışıqları prosesinə və Zəngəzur dəhlizinin reallaşmasının qarşısının alınması məqsədilə proseslərə mane olsun və bunun üçün əlindən gələni edir. Gümrüdə yerləşən hərbi hissəsindəki hərəkətlilik də Rusiyanın növbəti təxribat xarakterli blef addımı ola bilər. Olsa belə, bu Ermənistanın siyasi hakimiyyətinə qarşıdır. Azərbaycana qarşı hər hansı bir addım əsla mümkün deyil. Çünki, öncəliklə Azərbaycan və Türkiyə arasında Şuşa bəyannaməsi var və Rusiyanı belə bir addım atmağa məhz bu bəyannamə artıq imkan vermir. Olsa belə, kimliyindən asılı olmayaraq layiqli cavab alacağı heç kimdə şübhə doğurmur”.

Cavanşir ABBASLI
Musavat.com

31.07.2025 17:33
659