Rusiya gəmiləri indi də Danimarkanı təxribata çəkir

Baltik dənizində gərginlik artır.

Musavat.com xəbər verir ki, Danimarkanın hərbi kəşfiyyatı Rusiya hərbi-dəniz qüvvələrini ardıcıl təxribatlarda ittiham edib.

Məlumata görə, Rusiya gəmiləri Baltik dənizini Şimal dənizi ilə birləşdirən boğazlarda dəfələrlə aqressiv hərəkətlərə yol veriblər. Onlar arasında:

  • Danimarka təyyarələri və gəmilərinə silah tuşlamaq,

  • toqquşma təhlükəsi yaradan manevrlər etmək,

  • naviqasiya sistemlərini boğmaq kimi hallar qeyd olunub.

Danimarka tərəfi baş verənləri açıq şəkildə “təxribat” adlandırır və vəziyyətin nəzarətdən çıxmaması üçün NATO müttəfiqlərini də məlumatlandırır.

Musavat.com

04.10.2025 13:32
442