Rusiya Müdafiə Nazirliyindən TƏCİLİ AÇIQLAMA: Ukraynadan kütləvi PUA hücumu

Rusiya və işğal olunmuş Krım üzərində 51 PUA vurulub.

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi çərşənbə gecəsi ölkə ərazisi və işğal olunmuş Krım üzərində ümumilikdə 51 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

Məlumata görə, onlardan 16-sı Rostov vilayəti, 16-sı Bryansk vilayəti, 12-si işğal altındakı Krım, 5-i Voronej vilayəti, 3-ü isə Orlov vilayəti üzərində məhv edilib.

Hadisə nəticəsində dağıntı və ya tələfat qeydə alınmayıb.

Musavat.com

06.08.2025 09:41
608