Rusiyanın tanınmış müxalif simalarından biri olan Vladimir Kara-Murza sensasion açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, o, "Politico" nəşrinə müsahibəsində bildirib ki, Rusiya müxalifəti Ukrayna rəsmiləri ilə qeyri-rəsmi danışıqlar aparır.
Kara-Murzanın sözlərinə görə, bu müzakirələr ictimaiyyətə açıq olmayıb: “Biz bu prosesi ən yüksək səviyyəyə qaldırmaq istəyirik”, – deyə o vurğulayıb. "Politico" qeyd edir ki, Kara-Murza bu fikri ilə Ukrayna prezidenti Vladimir Zelenskini nəzərdə tutub.
Danışıqların detalları açıqlanmasa da, bu açıqlama Rusiya daxilində və beynəlxalq arenada ciddi rezonansa səbəb olub.
Musavat.com