Rusiya Ukraynaya ballistik raket ATDI - Dneprdə PARTLAYIŞ

Sentyabrın 24-də Ukraynanın bir sıra regionlarında ballistik təhlükə barədə xəbərdarlıq verilib. Dneprdə partlayış səsləri eşidilib.

Musavat.com "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, səhər saat 10:12 radələrində Hərbi Hava Qüvvələri bir neçə bölgədə ballistik təhlükə ilə bağlı xəbərdarlıq edib.

"Ballistik silahlardan istifadə təhlükəsi şərqdən gəlir", - məlumatda deyilir.

Bir neçə dəqiqə sonra yerli media Dneprdə partlayış səsləri barədə məlumat yayıb.

Hərbi Hava Qüvvələri həmçinin şəhər yaxınlığında düşmənin kəşfiyyat PUA-larının aşkarlanması barədə xəbərdarlıq edib:

"Dnepr yaxınlığında düşmənin kəşfiyyat PUA-ları fəaliyyət göstərir. Hava hücumundan müdafiə sistemləri aktivdir."

Saat 10:20-yə olan məlumata görə, xəsarət alan və dağıntı yoxdur.

Xatırladaq ki, sentyabrın 20-də gecə rus ordusu Dnepr çayına raket zərbəsi endirib. Kasetli sursatdan istifadə edilən hücum zamanı bir yaşayış binası vurulub, bir nəfər ölüb, 3 nəfər yaralanıb. Həmin gecə Ruslar 40 raket və 579 pilotsuz təyyarə ilə Ukraynanın Nikolayev, Pavloqrad, Çerniqov, Odessa və Xmelnitski vilayətlərinə hücum ediblər.

Musavat.com

24.09.2025 11:46
368