Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı təxminən bir saat davam edib.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib.
“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında təxminən bir saat davam edən söhbət indicə başa çatıb”, - diplomat paylaşıb.
***
ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı başlayıb.
Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O bildirib ki, telefon danışığı hələ davam edir.
Qeyd edək ki, bu, iki ölkə liderləri arasında son ay yarım ərzində dördüncü telefon danışığıdır./Report.az/