Rusiya və ona dəstək verən heç bir ölkə, şirkət və ya şəxs Ukraynanın bərpasında iştirak etməyəcək – Ağ Ev

Ukraynanın müharibədən sonrakı bərpası üçün Vaşinqton-Kiyev tərəfdaşlığı Rusiyanın hərbi sənaye kompleksi (MİK) ilə əlaqəli olan heç bir ölkənin və ya şəxslərin prosesdə iştirakına imkan vermir.

Musavat.com xəbər verir ki, bu, Ağ Evin aprelin 30-da Ukrayna ilə imzalanmış mineral ehtiyatlara dair sazişlə bağlı mövqe sənədində əksini tapıb: “Rusiya hərbi maşınını maliyyələşdirən və ya təchiz edən heç bir dövlət, şirkət və ya şəxs Ukraynanın bərpasından, o cümlədən fondun maliyyələşdirdiyi layihələrdə iştirakdan faydalana bilməyəcək”.

Sənəddə vurğulanır ki, Vaşinqton-Kiyev razılaşması Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli bütün şirkətlərin və şəxslərin Ukrayna üçün yaradılan fondun işində və Ukraynanın bərpasında birbaşa və ya dolayı iştirakını istisna edəcək.

 

Musavat.com

02.05.2025 02:38
139