Rusiya Zaporojyeni VURDU – Şəhərdə güclü partlayış və yanğın

Rusiya ordusunun Zaporojye şəhərinə təşkil etdiyi növbəti hücum nəticəsində şəhərdəki sənaye müəssisələrindən birində yanğın baş verib.

Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ilkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Hücum zamanı şəhərdə hava hücumu siqnalı səslənib və təhlükə hələ də davam edir.

Hədəfə alınan obyektin hansı müəssisə olduğu açıqlanmır.

musavat.com

20.07.2025 01:27
430